ファーム富田
( Farm Tomita )Farm Tomita (ファーム富田) – Hokkaydo adasının Soraçi rayonunun Nakafurano şəhərində yerləşən çiçək ferması. Ferma yaz və payız fəsillərində ziyarətçilərin üzünə açıq olur. Quru çiçəklərdən suvenir mağazaları, muzey və parklara iş saatlarında giriş pulsuzdur. Fermada əsas üstünlük təşkil edən çiçək lavandadır.
Hazırda fermada 15 ha sahədə lavanda yetişdirilir. Bundan əlavə, digər çiçək növləri də becərilir. Qışda istixanda lavanda və sardunya yetişdirilməkdədir. Burada avqustun ortalarına kimi müxtəlif bitkiləri görmək mümkündür.
Fermaya ən yaxın stansiya Nakafuranodur. Lakin yay mövsümündə turistlərin daşınmasını asanlaşdırmaq üçün burada xüsusi stansiya işləyir.
Add new comment