Հայերենի այբուբեն ( Erməni əlifbası )

Erməni əlifbası (erm. Հայերենի այբուբեն) – Erməni dilinin yazılması üçün istifadə edilən əlifba. 38 hərfdən ibarətdir. Mesrop Maştos tərəfindən yaradılmışdır. V əsrə qədər ermənilər tərəfindən yunan, suriya və aramey yazısından istifadə olunmuşdur. Müasir ermənilərin istifadə etdikləri indiki əlifba efiopiya yazısının tam oxşarıdır. Belə nəticəyə gəlmək mümkündür ki, Mesrop Maştos məhz erməni əlifbasını ixtira etməmiş (yuxusunda görməmiş), efiopiya (həbəş) yazısı əsasında yaratmışdır. Təxmin edilə bilər ki, erməni əlifbası həbəş mədəniyyətinin təsirinin nəticəsində formalaşmışdır. Erməni əlifbasının yaranması haqqında ikinci mübahisə doğuran nəzəriyyəyə əsasən əlifba V əsrdə suriyalı din xadimi Danil tərəfindən hazırlanmışdır. Digər bir fərziyyəyə əsasən əlifbaya daxil edilmiş hərflər zərdüşt yazılarından götürülmüşdür. Həqiqət ondan ibarətdir ki, erməni əlifbasındakı hərflər yunan, latın, suriya, koptik və həbəş yazılarındakı işarələrdən götürülmüşdür.

Destinations