Düşbərə

Düşbərə — Azərbaycanın milli xörəklərindən biri. Qoyun ətindən bişirilir.

Lazım olan ərzaqlar:

  • Qoyun əti — 108 q.
  • Buğda unu — 40 q.
  • Yumurta — 1/4 ədəd
  • Baş soğan — 18 q.
  • Şərab sirkəsi — 10 q.
  • Keşniş — 15 q.
  • Nanə qurusu −10 q.
  • İstiot
  • Duz.

Hazırlanma qaydası: Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətinin yumşaq hissəsindən soğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasız yoğrulmuş bərk xəmir 1 mm qalınlığında yayılıb kiçik kvadratlar şəklində doğranır. Hər kvadratın ortasına 2–3 qram qiymə qoyulur. Kvadratlar ortadan və ya üçkünc qatlanıb küncləri geriyə dartılır. Düşbərəni bulyonda 5 dəqiqə bişirirlər. Ev şəraitində düşbərəni elə xırda hazırlayırlar ki, bir qaşığa 4 −5 ədəd yerləşir. Süfrəyə verilən zaman yanına sarımsaqla sirkə qoyulur, üstünə isə keşniş və ya quru nanə səpilir.

Destinations