Context of Finlandiya

Finlandiya (fin Suomi, isv. Finland) və ya rəsmi adı ilə Finlandiya Respublikası (fin Suomen tasavalta, isv. Republiken Finland) — Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Şərqdə Rusiya, şimalda Norveç və qərdə İsveçlə həmsərhəddir. Qərbdə Botniya və cənubda Fin körfəzlərində sahili var. Sahəsi 338.455 km², əhalisi 5,5 milyondur. Ölkənin paytaxtı Helsinki, həmçinin ölkədəki ən böyük şəhərdir. Rəsmi dil fin dilidir. Finlandiyanın cənub ərazilərində rütubətli kontinental iqlim, şimal ərazilərində isə subpolar iqlim müşahidə olunur. Ölkədə 180 mindən çox göl var.

More about Finlandiya

Basic information
  • Currency Avro
  • Native name Suomi
  • Calling code +358
  • Internet domain .fi
  • Mains voltage 230V/50Hz
  • Democracy index 9.2
Population, Area & Driving side
  • Population 5563970
  • Area 305396
  • Driving side right
History
  • Finlandiyalılar təxminən bölgəyə 2000 il əvvəl çatmağa başlayan Baltik bölgəsindən gələn mühacirlər ilə buz çağından sonra bölgəyə köçən əsl yerlilərin qarışığından gəlir. Dil baxımından isə, estonlar və macarlar ilə birlikdə finlər də fin-uqor dil ailəsinə mənsubdur.

    Finlandiya 1155-ci ildə İsveç Krallığına daxil edilmişdir. İsveç hakimiyyəti altında olduğu 1809-cu ilə qədər sürən dövrdə qərb tərzində mühakimə, cəmiyyət idarəsi, siyasi sistem və ictimai xidmətlər sahələrində quruluşların təməlləri atılmışdır. Dünyəvi quruluşların yanında Katolik Kilsəsi və XVI əsrdəki islahatların XVIII əsrin sonunda, İsveç hakimiyyəti zəiflədikcə müstəqil Finlandiya fikri ortaya çıxmışdır. 1809-cu ildə Finlandiya, Rusiya imperiyasına aid Avtonom Çar Dukalığı olmuşdur. Finlandiya öz hüquq sistemini, inkişaf edən milli iqtisadiyyatını və ordu sistemlərini qorumuşdur. 1865-ci il tarixindən Finlandiya öz pul vahidi olan Markkanı çıxarmışdır. Parlamentar bir hökumət sistemi ilə hüququn üstünlüyünə söykənən bir hökumət inkişaf etdirmişdir. Beləcə Müstəqil Finlandiya yolunda əhəmiyyətli bir addım atılmışdır.

    Oktyabr İnqilabı ilə Finlandiya müstəqilliyini elan etmək üçün 6 dekabr 1917-ci il tarixində imkan əldə etmişdir. Sovet Rusiya Hökuməti 31 dekabrda Fin müstəqilliyini tanımışdır. Qonşu dövlətlər və qərb xalqları tərəfindən də tanınma müəyyən müddətdə reallaşmışdır. Fransız sisteminə bənzəyən Finlandiya Konstitusiyası, 17 iyul 1919 tarixində qəbul edilmişdir.

    ...Read more

    Finlandiyalılar təxminən bölgəyə 2000 il əvvəl çatmağa başlayan Baltik bölgəsindən gələn mühacirlər ilə buz çağından sonra bölgəyə köçən əsl yerlilərin qarışığından gəlir. Dil baxımından isə, estonlar və macarlar ilə birlikdə finlər də fin-uqor dil ailəsinə mənsubdur.

    Finlandiya 1155-ci ildə İsveç Krallığına daxil edilmişdir. İsveç hakimiyyəti altında olduğu 1809-cu ilə qədər sürən dövrdə qərb tərzində mühakimə, cəmiyyət idarəsi, siyasi sistem və ictimai xidmətlər sahələrində quruluşların təməlləri atılmışdır. Dünyəvi quruluşların yanında Katolik Kilsəsi və XVI əsrdəki islahatların XVIII əsrin sonunda, İsveç hakimiyyəti zəiflədikcə müstəqil Finlandiya fikri ortaya çıxmışdır. 1809-cu ildə Finlandiya, Rusiya imperiyasına aid Avtonom Çar Dukalığı olmuşdur. Finlandiya öz hüquq sistemini, inkişaf edən milli iqtisadiyyatını və ordu sistemlərini qorumuşdur. 1865-ci il tarixindən Finlandiya öz pul vahidi olan Markkanı çıxarmışdır. Parlamentar bir hökumət sistemi ilə hüququn üstünlüyünə söykənən bir hökumət inkişaf etdirmişdir. Beləcə Müstəqil Finlandiya yolunda əhəmiyyətli bir addım atılmışdır.

    Oktyabr İnqilabı ilə Finlandiya müstəqilliyini elan etmək üçün 6 dekabr 1917-ci il tarixində imkan əldə etmişdir. Sovet Rusiya Hökuməti 31 dekabrda Fin müstəqilliyini tanımışdır. Qonşu dövlətlər və qərb xalqları tərəfindən də tanınma müəyyən müddətdə reallaşmışdır. Fransız sisteminə bənzəyən Finlandiya Konstitusiyası, 17 iyul 1919 tarixində qəbul edilmişdir.

     Helsinki Finlandiyanın paytaxtı

    SSRİ-nin Finlandiyaya 1939-cu ildə təşkil etdiyi hücumun ardından, bitərəf Finlandiya bir anda İkinci dünya müharibəsinin istəmədən iştirakcısına cevirilmişdir. Finlandiya 1939–1940 və 1941–1944-cü illəri arasında Sovetlər Birliyi və 1944–1945-ci illəri arasında Almaniya ilə döyüşmüşdür. Müharibənin sonunda Finlandiya torpaqlarının 10%-i ilə 100,000 insan itirmişdir. Bununla da vaxtı ilə dörd milyon əhalisi olan ölkə çox ağır itkilər vermişdir.

    1944-cü ilin payızı Finlandiya üçün çox çətin keçmişdir. Döyüşdə itirilərək Sovetlər Birliyinə buraxılan Kareliya regionundakı 400.000 min insan ölkədəki başqa yerlərə yerləşdirilmişdir. Laplandiya böyük nisbətdə korlanmış və yenidən qurma məcburiyyətində qalınmışdır. Sovetlər Birliyi ilə edilən barış sazişi Finlandiyanin vaxtı ilə bir çox iqtisadiyyat mütəxəssisinin qeyri-mümkün gördüyü həcmdə döyüş təzminatı ödəməsinə səbəb olmuşdur.

    Finlandiya bütün bu çətinliklərin öhdəsindən gəlmişdir. Qitədən İkinci dünya müharibəsinə qatılan bütün Avropa ölkələrindən yalnız Finlandiya xarici birliklər tərəfindən işğal edilməmişdir və ən əhəmiyyətlisi Fin demokratiyasına toxunulmamışdır. 1947-ci ildə Paris Sülhü çərçivəsində, Finlandiya Sovetlər Birliyinə döyüş təzminatı ödəmək və müəyyən bir torpaq parçasını buraxmaq məcburiyyətində qalmışdır.

    1962-ci ilin sentyabrında SSRİ Finlandiyaya 50 illiyə Saymen kanalının sovet hissəsini icarəyə verdi. 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə 35 dövlətin iştirakı ilə keçirilən müşavirədə Finlandiyanın da üzv olduğu ATƏT yaradıldı. 1995-ci ildə Finlandiya Avropa İttifaqına üzv oldu.

    Read less

Phrasebook

Salam
Hei
Dünya
Maailman
Salam dünya
Hei maailma
Çox sağ ol
Kiitos
sağol
Hyvästi
Bəli
Joo
Yox
Ei
Necəsən?
Mitä kuuluu?
Yaxşı, təşəkkür edirəm
Hyvin kiitos
Neçəyədir?
Paljonko se on?
Sıfır
Nolla
bir
Yksi

Where can you sleep near Finlandiya ?

Booking.com
489.962 visits in total, 9.198 Points of interest, 404 Destinations, 11 visits today.