Bosniya krallığı

Bosniya krallığı (bosn. Bosansko kraljevstvo, serb. Краљевина Босна, xorv. Kraljevina Bosna) — Balkan yarımadasının ərazisində, XIV əsrin ikinci yarısından XV əsrin ikinci yarısına qədər mövcud olmuş tarixi dövlət. I Tvrtkonun hakimiyyət illərində (1377–1391) krallıq Balkan yarımadasının ən güçlü dövlətlərindən biri olmuşdur. Mövcudluğunu Osmanlı imperiyası (1463) tərəfindən varlığına son qoyulmuşdur.

1495–1499-ci illər ərzində Bosniya kralı titulunu Yanoş Korvin daşımışdır. O, Macarıstan kralı I Matyaşın oğlu idi.