柏孜克里克千佛洞

( Bəzəklik mağaraları )

Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya...Read more

Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində avropalı və yapon tədqiqatçıları qumda basdırılmış bütöv divar rəsmləri aşkar etmişdilər. Bu rəsmlərin bir çoxu qazılaraq bütün dünyaya yayıldı. Ən yaxşı qorunan divar rəsmlərindən bəziləri alman tədqiqatçısı Albert von Le Coq tərəfindən tapılaraq, Almaniyaya aparıldı. Prandihi səhnəsini təsvir edən böyük rəsmlər bir müddət Berlindəki Etnoqrafiya muzeyində sərgilənsə da, İkinci Dünya Müharibəsi zamanı müttəfiq dövlətlərinin Berlini bombalaması nəticəsində muzey dağıdıldı, bu rəsmlər isə məhv edildi.

Bu gün rəsmlərin bəziləri Sankt-Peterburqdakı Ermitaj Muzeyi, Yaponiyadakı Tokio Milli Muzeyin, Londondakı Britaniya Muzeyi, Koreya və Hindistanın milli muzeyləri kimi dünyanın müxtəlif ölkələrinin muzeylərində nümayiş etdirilir.

Photographies by:
Statistics: Position
1890
Statistics: Rank
65344

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
691342578Click/tap this sequence: 6423

Google street view

Where can you sleep near Bəzəklik mağaraları ?

Booking.com
489.369 visits in total, 9.196 Points of interest, 404 Destinations, 7 visits today.