Banyos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır.
Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir.
Şəhər həmçinin Roma-Katolik kilsəsinin dini mərkəzidir. Katolik dininin tərəfdarları inanırlar ki, Məryəm bir şəlalənin yanında peyda olub. Belə ki, kafedralın içərisində "Müqəddəs su bakirəsi" adlı heykəl vardır. Şəhərin tarixi xeyli aktiv Tunquraua vulkanı ilə əlaqələndirilir. 1999-cu ilin oktyabrında 17 mindən çox sakin həftələrlə şəhərdən təxliyə edilmişdi.[1]
↑ (isp.) Article on hoy.com.ec Arxivləşdirilib 2009-04-09 at the Wayback Machine
Add new comment