Aksum

Aksum (tiqr. ኣኽሱም Ak̠ʷsəm; amh. አክሱም Ak̠sum; q.yun. Ἄξουμις və Αὔξουμις) — Efiopiyanın Tiqray regionunda şəhər. Aksum Aksum Krallığının tarixi paytaxtı olmuşdur. Şəhər artıq 66,800 nəfər əhalisi olan (2015) turizm şəhəridir.

Aksum İmperiyası bölgəni eramızdan əvvəl 400-cü ildən 10 əsrə qədər idarə edən bir dəniz və ticarət gücü idi. 1980-ci ildə UNESCO Aksumun arxeoloji ərazilərini tarixi dəyərinə görə Ümumdünya irsi siyahısına əlavə etdi.

Aksum, Tiqray regionunun Mekelay zonasında, Adva dağlarının bazasına yaxın yerdə yerləşir. 2,131 metr (6,991 ft) yüksəkliyə malikdir 2,131 metr (6,991 ft) və Lailay Maiçev rayonu ilə əhatə olunmuşdur.

Axum, Roma dövrü yazılarının ən erkən qeydlərində üzə çıxan və Aksum İmperiyası adlanan dəniz ticarəti gücünün mərkəzi idi. Eramızın 356-cı ilində Aksum hökmdarı Frumenti tərəfindən xristianlaşdırılmışdır. Sonralar İmperator Kalebin dövründə Aksum, zərdüştiliki qəbul etmiş Sasaniya İmperiyasına qarşı Bizansın müttəfiqi idi.

VII əsrdən sonra qismən farslara, daha sonra isə köhnə Qırmızı dəniz ticarət yolları uğrunda yarışan ərəblərə görə uzun və yavaş bir tənəzüllün başladığı güman edilir. Nəhayət Aksum İsgəndəriyyə, Bizans və Cənubi Avropadakı əsas bazarlarını itirdi və ticarət payı dövrün ərəb tacirləri tərəfindən tutuldu. Aksum İmperiyası nəhayət Yəhudi kraliçası Qudit tərəfindən fəth edildi. Nəticədə Aksum əhalisinin bir qismi cənuba köçməyə məcbur edildi və köhnə həyat tərzi tənəzzül etdi. Hökmdarlığa son tanınan imperatoru təxminən 10-cu əsrdə hakimiyyətə başladı, lakin imperiyanın təsiri və gücü bundan xeyli əvvəl sona çatmışdı.

Əhalinin və ticarətin zəifləməsi Efiopiya imperiyasının güc mərkəzinin daxili ərazidə daha da irəliləməsinə kömək etdi. Aksum şəhəri artıq bir milyon kvadrat mil ərazini əhatə edən bir imperiyanın inzibati iqamətgahı idi. Nəhayət, alternativ ad (Efiopiya) mərkəzi bölgə və sonradan indiki müasir dövlət tərəfindən qəbul edildi.[1]

G. Mokhtar, UNESCO General History of Africa, Vol. II, Abridged Edition (Berkeley: University of Aksum Press, 1990), pp. 215-35. ISBN 0-85255-092-8
Photographies by:
Statistics: Position
1275
Statistics: Rank
92966

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
743285169Click/tap this sequence: 8632

Google street view

Where can you sleep near Aksum ?

Booking.com
491.075 visits in total, 9.210 Points of interest, 405 Destinations, 81 visits today.