Aizanoi

Aizanoi (q.yun. Αἰζανοί) ― qərbi Anadoluda mövcud olmuş qədim yunan şəhəri. Şəhərin dağıntıları indiki Kütahya yaxınlığındakı Çavdarhisar qəsəbəsində, Penkalas çayı sahilində, dəniz səviyyəsindən təxminən 1,000 metr (3,300 ft) yüksəklikdə yerləşir. Roma dövründə şəhər mühüm siyasi və iqtisadi mərkəz idi. Dövrdən qalan qalıqlar arasında Zevs məbədi və qeyri-adi birləşmiş teatr-stadion kompleksi var. Şəhər Son qədim dövrdə tənəzzülə uğramışdır. Obyekt 2012-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsi üçün təqdim edilmişdir.

 
Aizanoinin dağıntıları
 
Aizanoidəki Zevs məbədi

Bölgədə Tunc dövründən bəri məskunlaşıldığı məlumdur. Şəhər öz adını Frigyalıların əfsanəvi əcdadlarından Arkas və pəri Eratonun üç oğlundan biri olan Azanın adından almış ola bilər.[1][2] Ellin dövründə şəhər e.ə. 133-cü ildə Romaya vəsiyyət edilməmişdən əvvəl Berqama krallığından Vifiniya krallığının hakimiyyəti altına keçdi. Bu dövrdə şəhər öz sikkələrini kəsməyə davam edirdi.[3] Ərazidəki monumental tikililər erkən imperiya dövründən III əsrə qədər davm edir.

Aezani Romanın Frigiya Pakatian əyalətinin bir hissəsi idi. Şəhərin yepiskopu 325-ci ildə ilk ekumenik məclis olan Birinci Nikeya Kilsə Məclisinin iştirakçısı idi.

7-ci əsrdən sonra Aezani tənəzzülə uğradı. Səlcuqilərin dövründə məbəd təpəsi müasir şəhərin, Çavdarhisarın da adının əlaqəli olduğu Çavdar Tatarları tərəfindən istehkama çevrildi.[3][1][2]

Aizanoinin dağıntıları 1824-cü ildə Avropa səyyahları tərəfindən kəşf edilmişdir. 1830-cu və 1840-cı illərdə aparılan tədqiqat işləri, 1926-cı ildən etibarən Alman Arxeologiya İnstitutu tərəfindən hələ də həyata keçirilən sistematik qazıntılarla davam etdirilmişdir.[3][1][2]

2021-ci ilin yanvar ayında Pamukkale Universitetindən Dr. Elif Özerin rəhbərlik etdiyi arxeoloqlar ərazidəki dərənin yanında basdırılmış və təxminən 2 100 il əvvələ aid 651 Roma sikkəsini ehtiva edən küp aşkar etdiklərini açıqladılar. Tədqiqatçılar ərazidə ilk dəfə 2019-cu ildə küp aşkar etmişdilər. Küpdəki sikkələrin 439 ədədi denari (Qədim Romada gümüş sikkə), 212-si Kistofor, Perqama adi gümüş sikkə idi. Yaxşı qorunan pulların üzərində əsasən Sezar, Brut və Mark Antoni həkk olunmuşdu. Tapıntı Anadolu Mədəniyyətləri Muzeyi nümayiş etdiriləcək.[4][5][6][7]

↑ 1 2 3 "Aizanoi". Çavdarhisar Kaymakamlığı. 2016-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-31. ↑ 1 2 3 "Aizanoi Ancient City". Go Turkey. 2011-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-31. ↑ 1 2 3 Sitat səhvi: Yanlış <ref> teqi; UNESCO2 adlı istinad üçün mətn göstərilməyib Agency, Anadolu. "Rare collection of Roman coins found in Turkey's ancient Aizanoi". Daily Sabah (ingilis). 2021-01-28. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17. "Collection of priceless Roman coins unearthed in Turkey". www.aa.com.tr. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17. Jack Guy. "More than 650 silver Roman coins found in a jug in Turkey". CNN Style (ingilis). 2021-02-09. 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17. Davis-Marks, Isis. "Trove of 650 Coins Bearing Likenesses of Caesar, Mark Antony Unearthed in Turkey". Smithsonian Magazine (ingilis). 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17.
Photographies by:
Statistics: Position
5197
Statistics: Rank
18378

Add new comment

Esta pregunta es para comprobar si usted es un visitante humano y prevenir envíos de spam automatizado.

Security
824793165Click/tap this sequence: 7176

Google street view

Where can you sleep near Aizanoi ?

Booking.com
487.421 visits in total, 9.187 Points of interest, 404 Destinations, 47 visits today.